“Cümə” məscidində 600-ə yaxın insan ibadət edə biləcək

saytların hazırlanması

Evə çatdırılma

“Cümə” məscidində 600-ə yaxın insan ibadət edə biləcək

Maraqlı

20 Aprel 2023 14:45 662


Bakının Nərimanov rayonundakı “Cümə” məscidində aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra eyni vaxtda 600-ə yaxın insan ibadət edə biləcək. 

Yenisabah.az xəbər verir ki, məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. 

Qeyd edək ki, "Cümə" məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb. Dominos pizza

Aprelin 20-də “Cümə” məscidinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!