Dağıntılarla bağlı ən son məlumat - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Dağıntılarla bağlı ən son məlumat - RƏSMİ

Dünya

23 Aprel 2025 14:59 697


Episentri İstanbulun Silivri mahalı Mərmərə dənizində olan 6,2 bal gücündə zəlzələ ilə bağlı valiliyin sosial media hesabından açıqlama verilib .

Yenisabah.az xəbər verir ki, İstanbul Valiliyi şəhərdə hiss olunan zəlzələ ilə bağlı hələlik dağıntılar barədə məlumat daxil olmadığını və müvafiq bölmələrin çöl araşdırmalarını davam etdirdiyini bildirib.

Açıqlamada deyilir:

“6,2 bal gücündə baş verən zəlzələ ilə əlaqədar bütün bölmələrimiz həyəcan vəziyyətindədir . Hələlik dağıntı xəbəri daxil olmayıb və müvafiq bölmələrimiz ərazini müşahidə prosesini davam etdirir. Vətəndaşlarımızdan sakit olmalarını və zərər görmüş ola biləcək binalara yaxınlaşmamalarını xahiş edirik”.

Aytac Şahin

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!