Daha 95 nəfər Ağalıya köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Daha 95 nəfər Ağalıya köçürüldü

Sosial

26 Oktyabr 2023 11:16 281


Oktyabrın 26-da Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.

Yenisabah.az xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə - 95 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar işğal dövründə tamamilə  dağıdılan 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. pizza hut

Püşkatma oktyabrın 20-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

İndiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 150 ailə, 744 nəfərə çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!