Dalğanın hündürlüyü 5.4 metrə çatdı   - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Dalğanın hündürlüyü 5.4 metrə çatdı - Faktiki hava

Sosial

10 Noyabr 2021 22:21 671


Ölkə ərazisində noyabrın 10-u axşam saatlarından başlayaraq hava şəraiti dəyişib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 10-u saat 21.00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, Şəki, Quba, Qusar, Şabran, Xınalıqda yağış yağıb, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib. Pepperoni pizza

Küləyin maksimal sürəti Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Tovuzda 22 m/s, Nabran, Neftçala, Xaçmaz, Ağstafada 20 m/s, Altıağac, Ceyrançöldə 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 32 m/s, Pirallahıda 30 m/s, Binədə 28 m/s, Neft Daşları, Çilov adasında 29 m/s, Ələt, Sumqayıtda 23 m/s- dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!