“Damlanın super təmirli iki evi var, üçüncüsünə namizəddir“

saytların hazırlanması

Evə çatdırılma

“Damlanın super təmirli iki evi var, üçüncüsünə namizəddir“

Şou

06 Sentyabr 2022 16:36 1580


“Mərdəkanda villası olan, amma ulduz həyatı yaşamayan 20 müğənnimiz var. Zaman hər şeyi göstərəcək. Zamanla səhv, yoxsa düz etdiyimizi biləcəksiniz. Heç kimin həyatı bizə maraqlı deyil. Bizim həyatımız mənə maraqlıdır. Bizim düz yolda olduğumuzu düşünürəm. Bir müğənni ki yutub portalında səviyyəsiz işlər təqdim edirsə, neyləyirəm, bu yolla alınan villaları?! Əgər materiallarım gülünc vəziyyətdədirsə,  arxamda bir yığın zibillik varsa, o villanı istəmirəm”.

Bu sözləri Yenisabah.az-a müğənni Damlanın prodüseri Şamil deyib.

O, fikirlərinə bu cür davam edib: Toyuqlu pizza

“Damla xanımın super təmirli iki evi var. Üçüncüsünə də namizəddir. Yaxında qəşəng villa da alar. Bayaq vurğuladığım Mərdəkanda villası olan, amma ulduz həyatı yaşamayan müğənnilər var. Onlar da, biz də şəhərdə gəzməyimizlə ulduzun kim olduğu, hiss olunacaq. Damla xanım sənətini sevir. Aygün Kazımova onun örnəyidir. Mən eşitdiyimə görə, Aygün Kazımova həmişə evsiz olub. Evini satıb layihələrə xərcləyib. Bu baxımdan Aygün Kazımova Damla xanım üçün nümunədir. Bu mənada Röya xanım da öndədir. Röya xanımın indi villası var. 20 ildir, Röya xanım villada yaşamırdı ki... Hamısı indi ərsəyə gəlib. Villa  qaçmır. Əsas sənətdir. Sənətə yatırım edəndə zamanla sənət üçün etdiyin yatırım sənin xeyrinə işləyir”.

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!