Danimarka hərbi xərclərini artırır

saytların hazırlanması

Evə çatdırılma

Danimarka hərbi xərclərini artırır

Dünya

30 May 2023 17:51 553


Danimarka hökuməti qarşıdakı 10 il ərzində müdafiə sahəsinə 143 milyard Danimarka kronu (21 milyard dollar) investisiya etməyi təklif edib.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bu, nazirliyin bəyanatında qeyd olunub.

Danimarka hökumətinin fikrincə, bu, Ukraynaya artan hərbi dəstəklə yanaşı, NATO-nun xərc planı öhdəliyini yerinə yetirməyə kömək edəcək. Marqarita pizza

Xatırladaq ki, Danimarkanın illik müdafiə xərcləri 2024-cü il müdafiə büdcəsində 6,9 milyard kron (təxminən 1 milyard dollar) artımla başlayaraq 2033-cü ildə 19,2 milyard krona (2,8 milyard dollar) çatacaq.

Danimarka hökumətinin fikrincə, ölkə 2030-cu ilə qədər NATO standartlarına cavab verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!