Danimarkada 283 nəfərdə “Britaniya” ştammı tapıldı
17 Yan 2021 20:11
188

Danimarkada 283 nəfərdə “Britaniya” ştammı tapıldı

Danimarkada 283 nəfərin koronavirus infeksiyasının Böyük Britaniyada aşkar olunan yeni ştammına yoluxması faktı qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bunu Danimarkanın Yoluxucu Xəstəliklərlə Mübarizə İnstitutu məlumat yayıb.

Şənbə günü (16 yanvar – Red) bu rəqəmin 256 olduğu bildirilmişdi. Həkimlər qeyd edib ki, “Britaniya” ştammını təyin etmək çox vaxt apardığı üçün məlumatların ötürülməsində gecikmə yaranır.

İndiyədək ölkədə ümumilikdə 189 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 775 nəfər vəfat edib.

Hökumət, yeni infeksiyanın artması fonunda, beş nəfərdən çox qrup halında toplaşmağı qadağan edib. Həmçinin bütün ictimai yerlərdə maska ​​taxmaq vacibdir. Danimarkada bütün restoranlar, barlar, kinoteatrlar, teatrları, idman zalları, ticarət mərkəzləri və gözəllik salonları bağlanıb. Səlahiyyətli şəxslər məhdudlaşdırıcı tədbirləri fevralın əvvəlinə qədər uzadıblar.

Xatırladaq ki, krallıqda aşkar edilən bu ştamm çox sürətlə yayılır. Bu səbəbdən Londonda və Britaniyanın cənub-şərqində özünütəcrid rejimi tətbiq edilib.   /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər