DÇ-2026-nın oyununda qadın baş hakim

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2026-nın oyununda qadın baş hakim

İdman

18 İyun 2026 09:20 143


DÇ-2026-nın Çexiya-Cənubi Afrika oyununun baş hakimi müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, A qrupunun 2-ci turunun bu qarşılaşmasını ABŞ-dan olan Tori Penso idarə edəcək.

39 yaşlı referi kişilər arasında keçirilən dünya çempionatlarında matçı baş hakim kimi idarə edən ikinci qadın olacaq. Dördpendirli pizza

Çexiya-Cənubi Afrika görüşü iyunun 18-də ABŞ-ın Atlanta şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Dünya çempionatları tarixində ilk qadın baş hakim isə fransalı Stefani Frappar olub. O, DÇ-2022-nin qrup mərhələsində Almaniya-Kosta-Rika (4:2) oyununda ədaləti qoruyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!