Müğənni Kərim Abasov həbs olunan keçmiş xanımı, prodüser Təranə Səmədova haqqında danışıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, ifaçı “Səhərin səsi” proqramında Səmədovanın həbsxanaya düşməzdən əvvəl ona zəng etdiyini bildirib:
“Mənə ilişənlər ya tutulur, ya da ölüb gedir. Mənə zəng etdi, səsini eşidib dəstəyi yerə qoydum. Yenidən zəng etdi, dedi, bir dəqiqə gözlə, sözüm var. O danışanda bütün keçmiş gözümün qabağından keçdi. Dedi ki, balalarım acından ölür. pizza hut
Bu sözündən sonra ona pul göndərdim. Özü ilə bağlı pul istəsəydi, etməzdim. Edir - atalar, analar, çəkir - balalar. Balaları neyləsin ki, anası naxələfdir. Bala istəməzdi ki, anası həbsdə olsun. Ananın bir ağılsızlığından… Allah qapısını açsın. Öz həyat tərzini düzəltsin. Pisliklərindən əl çəksin”.
Telegram kanalımız