Dəhşətli havalar gəlir: REKORD QIRILACAQ

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli havalar gəlir: REKORD QIRILACAQ

Sosial

16 Avqust 2026 08:52 1093


2026-cı ilin avqustu tarixə ən isti avqust ayı kimi düşəcək.

Bu barədə Yaponiyanın Meteorologiya Agentliyinin (JMA) hazırladığı JRA-3Q qlobal atmosfer təhlilində bildirilib.

Məlumata əsasən, avqustun ilk 11 günündə Yer kürəsində orta qlobal hava temperaturu 17,03°C təşkil edib. Bu rəqəm adətən 14-15 olurdu. pizza

Beləliklə, temperatur göstəriciləri bu səviyyədə davam edərsə, 2026-cı ilin avqustu tarixdə ən isti avqust ayı kimi düşə bilər.

Qeyd edək ki, 2026-cı ildə qlobal temperaturun rekord səviyyələrə çatacağı ilə bağlı beynəlxalq iqlim proqnozları da mövcuddur. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2026-2030-cu illər arasında ən azı bir ilin 2024-cü ilin rekordunu geridə qoyması ehtimalı 86 faiz qiymətləndirilir. (Globalinfo.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!