9 Avqust - 06:22
“Dələduz telefona cavab vermir“ - Roza Zərgərli  + VİDEO

“Dələduz telefona cavab vermir“ - Roza Zərgərli + VİDEO

Şou

03 Dekabr 2021 13:42 2735


Sosial şəbəkələrdə bir falçının Roza Zərgərlinin hesabına özünü reklam etməsi müğənnini özündən çıxarıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan sənətçi son dövrlərdə dələduzlarla tez-tez rastlaşdığını deyib:

"Son dönəmlərdə bu tip məlumatlar sürətlə yayılır. Bu tiplər oxşar reklamlarda adımızdan gen-bol istifadə edirlər. Məsələn, bəzən mağazalar məhsullarını reklam edirlər, halbuki onları heç tanımırıq. Bu insanları aldatmaq, onları yalana yönəltməkdir. Artıq o qədər bezmişik ki, bir yol qalıb: həmin şəxsləri sosial şəbəkədə ifşa etmək. Bunu səhifəmdə paylaşdım ki, həmin şəxsi məsuliyyətə cəlb etsinlər”.

Sənətçi sözügedən reklamı paylaşan “İnstagram” səhifəsi ilə əlaqə yarada bilmədiyini qeyd edib:

“Reklamı paylaşan səhifə ilə əlaqə yarada bilmədik. Heç bir yerdə əlaqə üçün məlumat qoymayıblar. Hesaba yazırıq, cavab vermirlər. Səhifə heç bir halda bizimlə əlaqəyə çıxmır. Həmin falçı xanım əlaqə nömrəsini göndərəcəyini dedi, amma göndərmədi, telefonuna zəng vurduq, telefonu açmadı, daha sonra ümumiyyətlə, söndürdü”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!