Deputat: “Cənab Prezident digər ölkələrə Azərbaycan təcrübəsini göstərdi”

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “Cənab Prezident digər ölkələrə Azərbaycan təcrübəsini göstərdi”

Siyasət

28 Oktyabr 2026 09:48 91


“Prezidnet İlham Əliyev 27 oktyabrda Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış etdi. Çıxışın əsas fikri sadə idi. Müharibəyə başlamaq asandır, onu bitirmək isə çox çətindir.  Azərbaycan bu çətin yolu sona qədər getdi. Ölkə ədalətli müharibədə qalib gəldi, məğlub tərəf təslim oldu, Azərbaycan isə irəli getmədi. Qalib tərəf dayandı və sülh təklif etdi. Prezidentin çıxışında qeyd etdiyi kimi qisas döyüş meydanında alındı və bundan sonra davam etmək sonsuz müharibəyə aparardı”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən dörd qətnamə qəbul etmişdi və bu qətnamələr otuz il icra olunmadı:

“Bu fikir bu gün xüsusilə aktualdır. Dünyada demək olar ki, hər il yeni müharibə başlayır. Prezident bu müharibələrin tərəflərinə Azərbaycanın təcrübəsini öyrənməyi tövsiyə etdi. Onun fikrincə, bütün münaqişələrin kökündə eyni səbəblər durur. Ambisiya, təcavüz və cəzasız qalacağına əminlik. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən dörd qətnamə qəbul etmişdi. Bu qətnamələr otuz il icra olunmadı. Ermənistana qarşı heç bir sanksiya da tətbiq edilmədi. Prezident bunu ikili standart adlandırdı.  Çünki başqa hallarda sanksiyalar sürətlə tətbiq olunur. 2017-ci ildə BMT Baş Assambleyasında da Əliyev Ermənistanın 24 il Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyini və cəzalanmadığını, bəzi hallarda isə qətnamələrin bir neçə gün ərzində icra olunduğunu demişdi. O vaxt da BMT islahatlarının əsas məsələsi kimi icra mexanizminin yaradılmasını göstərmişdi”. Dördpendirli pizza

Parlament üzvü əlavə edib ki, Prezident çıxışında ölkənin 35 illik müstəqillik dövründəki bütün uğurlarını xalqın öz zəhməti ilə əlaqələndirdi:

“Prezident bu fikri bu ilin sentyabrında ŞƏT Plus görüşündə yenidən təkrarladı. Orada dörd qətnamənin 30 il sonra, üç il əvvəl icra olunduğunu, lakin bu prosesdə BMT-nin heç bir rol oynamadığını bildirdi. Əliyev qətnamələrin qısa müddətdə icrasını təmin edən mexanizmlərin hazırlanmasının vacibliyini da vurğuladı. Onun fikrincə, bu addım BMT-nin nüfuzunu artırar. Deməli, tənqid təşkilata qarşı deyil, onun gücləndirilməsinə yönəlib. Beynəlxalq hüquq yalnız icra gücü olduqda işləyir. Azərbaycan qətnamələrin icrasını gözləməyin mənasız olduğunu yaxşı anlayırdı. Danışıqların nəticə vermədiyini görəndə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslandı və özünümüdafiə hüququndan istifadə etdi. Prezident ölkənin 35 illik müstəqillik dövründəki bütün uğurlarını xalqın öz zəhməti ilə əlaqələndirdi. O, xarici yardım almadıqlarını da xüsusi qeyd etdi. İkili standart anlayışının ikinci tərəfi də var. Prezident başqa ölkələrə necə yaşamağı öyrətməyi də ikili standart sayır. Azərbaycan başqalarının işinə qarışmır. Eyni münasibəti özünə qarşı da gözləyir”.

N.Həmzəyev sonda vurğulayıb ki, Azərbaycanın Çin və ABŞ ilə strateji sənədləri var:

“Bu yanaşmanın praktik nəticələrindən biri 2025-ci il avqustun 8-də Vaşinqtonda göründü. Həmin gün ABŞ Prezidenti Donald Trampın və Ermənistan Baş Naziri Nikol Paşinyanın iştirakı ilə iki ölkənin xarici işlər nazirləri sülh sazişinin layihəsini parafladıkar. Eyni zamanda ATƏT-in Minsk prosesinin bağlanması üçün birgə müraciət imzalandı. Prezidentin fikrincə, Minsk prosesi münaqişəni həll etmək üçün yox, dondurmaq üçün qurulmuşdu. Vaşinqtonun digər mühüm nəticəsi nəqliyyat sahəsindədir. "Tramp Beynəlxalq Sülh və Çiçəklənmə Marşrutu" (TRIPP) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməli və Orta Dəhlizin növbəti mühüm seqmenti olmalıdır. Prezident də bağlantılar baxımından Azərbaycanı yan keçməyin çətin olduğunu deyir. Bundan başqa, Bakı və Vaşinqton strateji tərəfdaşlıq xartiyası hazırlamaq üçün işçi qrup yaradılması barədə memorandum imzalayıblar. ABŞ da 907-ci maddənin tətbiqini dayandırıb. Bu maddə 1992-ci ildən ABŞ hökumətinin Azərbaycana birbaşa, o cümlədən hərbi yardımını məhdudlaşdırırdı. Azərbaycanın Çin və ABŞ ilə strateji sənədləri var. Avropa İttifaqının on üzvü ilə də tərəfdaşlıq razılaşmaları mövcuddur. Ölkə 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin zirvə görüşünə ev sahibliyi edəcək. Əliyev xarici borcun ÜDM-in təxminən 5 faizi olduğunu da xatırladır. Ona görə də mədəniyyətlərarası dialoq yalnız humanitar mövzu deyil. Bu, həm də ölkənin xarici siyasətinin real alətidir”.

Xatırladaq ki, oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!