Bakıda 2010-cu il təvəllüdlü yeniyetmənin mədəsindən onikibarmaq bağırsağına qədər uzanan 30 santimetr uzunluğunda saç kütləsi çıxarılıb.
Bu barədə “Yeni Sabah”a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, oktyabrın 22-də yeniyetmə ürəkbulanma, təkrarlanan qusma və qarın nahiyəsində kəskin ağrı şikayətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Toyuqlu pizza
Aparılan müayinələr nəticəsində ona trixobezoar diaqnozu qoyulub. Bu, udulmuş saç və ya tüklərin həzm sistemində toplanaraq bərk kütləyə çevrilməsi ilə xarakterizə olunur.
Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev, uzman uşaq cərrahı Aynur Qurbanova və anestezioloq Elnarə Salamovanın iştirakı ilə pasiyent üzərində təxirəsalınmaz əməliyyat aparılıb. Cərrahi müdaxilə zamanı trixobezoar xaric edilib və qastrotomiya əməliyyatı icra olunub.
Əməliyyat nəticəsində yeniyetmənin mədəsindən onikibarmaq bağırsağına qədər uzanan 30 santimetr uzunluğunda saç kütləsi çıxarılıb.
Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, mədədən bağırsağa qədər uzanan bu ölçüdə trixobezoarın xaric edilməsi nadir rast gəlinən mürəkkəb cərrahi müdaxilələrdəndir.
Aytac Əliyeva
Telegram kanalımız