“Fənərbaxça”nın baş məşqçisi: “Azarkeşlərdən üzr istəyirik”

saytların hazırlanması

Evə çatdırılma

“Fənərbaxça”nın baş məşqçisi: “Azarkeşlərdən üzr istəyirik”

İdman

28 Oktyabr 2026 08:40 105


"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal "Qalatasaray"a məğlubiyyətdən sonra komandasının performansını və çempionluq yarışındakı vəziyyəti qiymətləndirib.

“Yeni Sabah” xəbər verir ki, o, ilk hissədə özlərinə yaraşmayan zəif oyun sərgilədiklərini, ikinci yarıda toparlanaraq qol vursalar da, istəmədikləri bir məğlubiyyətlə üzləşdiklərini bildirib.

Məğlubiyyətin səbəblərini komanda daxilində təhlil edəcəklərini vurğulayan Kartal bu matçı geridə qoyaraq qarşıdakı oyunlara fokuslanacaqlarını qeyd edib və sərgilənən zəif oyuna görə azarkeşlərdən üzr istəyib pizza

Çempionluq mübarizəsinə toxunan baş məşqçi liqada derbi qələbəsi qazanmadan da çempion olmağın mümkünlüyünü və əvvəllər bunun nümunələrinin yaşandığını diqqətə çatdırıb.

Hədəflərindən yayınmadıqlarını bildirən İsmail Kartal, zirvə yarışındakı rəqibləri "Qalatasaray" və "Amedspor" ilə aralarında bağlanmayacaq kəskin xal fərqinin olmadığını və mübarizəni sonadək davam etdirəcəklərini xüsusi vurğulayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!