“Expargo” ilə bağlı narazılıq böyüyür? -   Müştəri başına gələnləri açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Expargo” ilə bağlı narazılıq böyüyür? - Müştəri başına gələnləri açıqladı

İqtisadiyyat

28 Oktyabr 2026 09:09 86


Sosial şəbəkələrdə “Expargo” kargo şirkətinin xidmətindən narazılıq ifadə olunub.

“Yeni Sabah” xəbər verir ki, İntiqam Əliyev adlı müştərinin bildirdiyinə görə, ABŞ-dan sifariş etdiyi bağlamalardan birinin çatdırılma ünvanı ona xəbərdarlıq edilmədən dəyişdirilib və nəticədə bağlama itib. Digər sifarişində isə satıcının təqdim etdiyi məlumata əsasən, ayaqqabı bağlaması “Expargo”nun Abdul adlı əməkdaşına təhvil verilsə də, məhsul müştəriyə çatdırılmayıb.

Müştəri şirkətin problemlərə yanaşmasından da gileylənib. Onun sözlərinə görə, məsələ ilə bağlı müraciət etdikdə kargo şirkəti araşdırma aparmaq əvəzinə sadəcə “Bizdə yoxdur” cavabını verməklə kifayətlənib və vətəndaşın probleminə laqeyd yanaşıb. Dominos pizza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!