Deputat danışdı: “Mən o toya dəvət olunmamışam”

saytların hazırlanması

Evə çatdırılma

Deputat danışdı: “Mən o toya dəvət olunmamışam”

Siyasət

27 Avqust 2020 11:50 1836


“O məşhur toyla bağlı ilk tənqidi açıqlamanı bütün saytlara elə mən vermişəm”. 

Bu sözləri Yenisabah.az-a deputat Bəxtiyar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. 

O əlavə edib ki, heç kim xüsusilə vəzifəli şəxslər, deputatlar karantrin qaydalarına ciddi əməl etsinlər. 

“Biz özümüz bunu tələb ediriksə, özümüz də pozmamalıyıq. Belə absurd şayiələri bilmirəm kim yayır. Belə şeylərə də təəccüblənmirəm. Çünki zaman-zaman haqqımızda müxtəlif həqiqətəuyğun olmayan məlumatlar, şayiələr yayılıb. Mən də açığı normal baxıram, yaysınlar da. Amma belə bir fakt yoxdur. 

Yəni, nə toya dəvət olunnmuşam, nə də orada iştirak etmişəm”, - deyə Bəxtiyar Əliyev vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!