Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər etməyi planlaşdırdığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ərdoğan “Al Jazeera“ telekanalına müsahibəsində bildirib.
“Mən yaxın vaxtlarda Suriyaya səfər edəcəyəm”, - deyə Türkiyə lideri bildirib. pizza
Ərdoğan planlaşdırılan səfərin məqsədlərini açıqlamayıb.
O, Ankaranın qonşu ölkəyə hərtərəfli dəstək göstərmək niyyətində olduğunu vurğulayıb.
“Suriyanı tək qoymayacağıq, onun sabitliyinin qorunması üçün əlimizdən gələn hər şeyi edəcəyik”, - deyə Ərdoğan qeyd edib.
Telegram kanalımız