Mart ayında döyüş uçuşu həyata keçirən İranın üç "Su-24" pilotu qırıcıların qəzaya uğramasından sonra Qətərdə əsir götürülüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkin düşənlərin axtarışı komitəsinin rəhbəri Məhəmməd Baqerzadə məlumat yayıb.
"Mart ayında baş tutan hücumlar zamanı "Su-24" qırıcılarının qəzaya uğraması nəticəsində üç İran pilotu Qətər qüvvələri tərəfindən əsir alınıb. Cavad Salehi, Əbdülməcid Dəştiyan və Ümran Bəhruziyan artıq 6 aydır ki, Qətər hərbçilərinin əsirliyindədirlər. Qətər hökuməti indiyədək onlara ailələri və ya işləri ilə məşğul olan səlahiyyətli şəxslərlə görüşməyə, eləcə də əlaqə saxlamağa icazə verməyib", - deyə o, bəyanatında bildirib. Pepperoni pizza
M.Baqerzadə Beynəlxalq Qırmızı Xaç Komitəsini Qətərdəki İran pilotları ilə ən qısa zamanda görüşməyə, onların səhhətini yoxlamağa və azad edilmələri üçün lazımi şərait yaratmağa çağırıb./Oxu.az
Telegram kanalımız