“Deputat Sərdar Cəlaloğluna Gülümsərov dedi”

“Deputat Sərdar Cəlaloğluna Gülümsərov dedi”
Avq 17, 2019 20:42
Oxunma sayı: 257

“Mənə bu vaxta qədər "FETO"çu deyənlər, o cümlədən Sərdar Cəlaloğlu da bunu sübut etməsələr, namussuzdurlar”.

“Yeni Sabah” xəbər verir ki, bunu Fazil Mustafa öz facebook hesabında bildirib. “Budur bax, bütün böhtançılar beləcə özlərini ifşa edirlər. Neçə müddətdir böhtanlarını sağa-sola dağıdırlar və deyirlər ki, ittihamlarımı sübut edərəm. 

Qarşılarına şərt qoyanda ki, sübut etməsən namussuzsan, o zaman mövzudan yayınmağa çalışırlar. Mən adama deyirəm ki, PKK-çı ilə görüşmüsən, adam özü də etiraf edir ki, bəli görüşmüşəm. Ardınca deyirəm ki, ondan vaxtilə təlimat aldığını ehtimal edirəm. Yəni "sübut edərəm" demirəm, "ehtimal edirəm" deyirəm. Sən isə mənə "sübut edərəm" deyirsən. Mənim "ehtimalım" subyektiv mülahizədir, sənin "sübut etmən" hüquqi iddiadır. Bu fərqi anlamayacaq bir cahilin mənimlə mübahisədə nə işi var?

Fazil Mustafa ona “FETÖ”çu deyən şəxslərdən iddialarını üçün konkret sübut ortaya qoymasını tələb edib.  

“Yenə də deyirəm, mənə bu vaxta qədər "FETO"çu deyənlər, o cümlədən Sərdar Cəlaloğlu da sübut etməsələr, namussuzdurlar. Olmayan bir şeyi necə sübut edəcəklər? Ardınca hələ mənə yol da göstərir. Deyir ki, özü MTN-ə müraciət etsin, bu da gedib orada əleyhimə ifadə versin. Yenə də hüquqi savadsızlıq ortaya qoyur. Təqsirsizlik prizumsiyası deyilən termindən xəbəri yoxdur. İttiham olunan şəxs özü təqsirsizliyini sübuta yetirməliymiş sanki. Buyur MTN-ə, Türkiyə MİT-nə, Rusiya FSB-nə müraciət elə, əksinə mən gedim ortaya qoyum ki, bu böhtanlar hansı ölkənin mətbəxində hazırlanıb tirajlanır və Sərdar Cəlaloğluna da məhz bu ifadəni işlətməyi niyə həvalə ediblər. Elmdə nisbilik nəzəriyyəsini biologiyaya qatıb “Gülümsərovluq” etmək onsuz da bir utancverici davranışdır, üstəlik böhtançılıqla məşğul olmaq insana heç şərəf gətirməz”.

Yenisabah.az