Deputatdan ipoteka kreditlərinin verilməsi şərtləri ilə bağlı mühüm TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan ipoteka kreditlərinin verilməsi şərtləri ilə bağlı mühüm TƏKLİF

Sosial

29 Fevral 2024 12:55 525


Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva hesabat məruzəsi ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, müzakirələr zamanı Gəncədən seçilən deputat Naqif Həmzəyev hesabatla bağlı bir sıra fikirlər səsləndirib.

Cəzaçəkmə müəssisələrində vəziyyət barədə danışan deputat bildirib ki, bu müəssisələrdə vəziyyət xeyli yaxşılaşıb. Deputat qeyd edib ki, Lənkəranda cəzaçəkmə müəssisəsi istifadəyə verilib. Onun sözlərinə görə, 2025-ci ildə Gəncədə də cəzaçəkmə müəssisəsi istifadəyə veriləcək. pizza sifarişi

Deputat həmçinin ipoteka kreditlərinin verilməsi şərtlərinə də toxunub.

N.Həmzəyev vurğulayıb ki, ipoteka kreditlərinin verilməsində şərtlər daha da yumşaldılmalıdır. “Universitetdə 15 il çalışan, elmi dərəcəsi olmayan müəllimlərədə ipoteka verilməlidir”, – deyə o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!