Dərslər onlayn keçiriləcək -   Nazirlik məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Dərslər onlayn keçiriləcək - Nazirlik məlumat yaydı

Sosial

22 Sentyabr 2026 15:42 335


“Formula 1” Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakıda 7 ümumi təhsil müəssisəsində tədris distant formada təşkil ediləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 22-27 sentyabr 2026-cı il tarixlərində məhdudlaşdırılması ilə əlaqədar qərar qəbul edilib. Sezar pizza

Belə ki, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar Gimnaziyada 22-26 sentyabr tarixlərində dərslər məsafədən keçiriləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!