Salma Hayekin 60 yaşında gənc qalmaq üçün etdiyi üsul təəccübləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Salma Hayekin 60 yaşında gənc qalmaq üçün etdiyi üsul təəccübləndirdi

Şou

11 Noyabr 2026 10:17 42


Hollivud ulduzu Salma Hayek illər keçməsinə baxmayaraq, gənc və formada görünüşünü qoruyur. 60 yaşlı aktrisa gözəllik və qulluq qaydalarının bəzi sirlərini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, məşhur aktrisa gənc görünüşünü qorumaq üçün müxtəlif üsullardan istifadə edir. Onun gündəlik vərdişləri arasında xüsusi qidalanma və idman da var. Hayek bildirib ki, gərgin olduğu dövrlərdə yeməyə daha çox meyil edir. O, bəzi vaxtlarda meyvə şirələri ilə detoks etdiyini də söyləyib. Aktrisanın sözlərinə görə, bu üsul onun üçün təkcə bədəni yeniləmək deyil, həm də zehni rahatlıq tapmaq vasitəsidir.

Hayek pəhriz saxlamağı sevmədiyini və bu prosesdə çətinlik çəkdiyini bildirib. O, qısa müddətli detoks proqramlarından sonra özünü daha yaxşı hiss etdiyini deyib. Aktrisanın maraqlı vərdişlərindən biri də sümük suyu içməsidir. Hayek bu içkiyə müntəzəm olaraq bir qaşıq sirkə əlavə etdiyini bildirib. Onlayn mağaza

O, dərisini daha gərgin saxlamaq məqsədilə radiotezlik və mikrotezlik cihazlarından da istifadə edir. Aktrisa bu prosedurları meditasiya ilə birləşdirdiyini və bunun ona yaxşı təsir etdiyini söyləyib.

Məşhur aktrisanın formada qalmasında idman da mühüm yer tutur. Onun keçmiş şəxsi məşqçisi Sara Şirs Hayekin kardio, yüksək intensivlikli interval məşqləri və güc hərəkətləri etdiyini açıqlayıb. Aktrisanın ən sevdiyi idman növlərindən biri isə üzgüçülükdür. Hayek üzməklə həm vaxtını xoş keçirir, həm də fiziki fəallığını qoruyur.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!