Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzduqları oyundan danışıb.
"Yeni Sabah" L`Equipe-ə istinadla xəbər verir ki, o, rəqibin daha üstün çıxış etdiyini etiraf edib.
“Əsas səbəb o idi ki, imkanlarımızdan bir qədər aşağı səviyyədə oynadıq və hücumda bacara biləcəyimiz qədər təhlükəli ola bilmədik. Texniki səhvlərimiz və qol vəziyyətinə çevrilə biləcək uğursuz ötürmələrimiz oldu. Bunu qəbul etməliyik, nə qədər ağır olsa da. Bu, çox yüksək səviyyəli futbol izlədik. Bu, bizi mümkün finaldan ayıran son mərhələ idi. pizza hut
İndi isə üçüncü yer uğrunda oyunda çıxış edəcəyik. Bu məğlubiyyət indiyədək gördüyümüz işləri kölgə altına salmır. Sadəcə, bu matçda İspaniya bizdən daha yaxşı idi”.
Telegram kanalımız