Dilan və Engin Polat yenidən saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Dilan və Engin Polat yenidən saxlanıldı

Şou

02 Mart 2025 11:59 242


İstanbul Baş Prokurorluğu sosial media fenomeni Dilan Polat və onun həyat yoldaşı Engin Polat barədə "Narkotik maddələrdən istifadə və onların saxlanılması" ittihamı ilə təhqiqata başlayıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb sosial şəbəkədə yayılan video olub. Videoda narkotik maddələrdən istifadə edən digər şəxslər və həmin görüntüləri lentə alan Dilan Polat barəsində prokurorluq saxlanılma qərarı verib. 

İstintaq çərçivəsində Dilan və Engin Polat gecə saatlarında polislər tərəfindən saxlanılıb. Təhlükəsizlik tədbirləri ilə xəstəxanaya aparılan cütlük sağlamlıq yoxlamalarından sonra İstanbul Polis İdarəsinə aparılıb. Marqarita pizza

Qeyd edək ki, Engin Polat saxlanılmadan öncə paylaşdığı videoda “Mən daha yaşaya bilmirəm. Bizimlə bağlı həbs qərarı var. Gəlin, saçımı, qanımı, sidiyimi, hər şeyimi alın. Canımı da alın. Amma artıq rahat buraxın məni. Artıq bu böhtanlara görə yaşamağa gücüm yoxdur. Mən artıq bundan bezmişəm" sözlərini deyib./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!