Ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə bu il tələbə adını qazananların sayı 1711 nəfər artıb.
"Yeni Sabah" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi elan edib.
Dövlət sifarişi və dövlət hesabı əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 290 nəfər çoxdur. Marqarita pizza
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin müsabiqəsində 87 min 146 nəfər iştirak edib. Onlardan 58 min 947 nəfəri, o cümlədən 4 215 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olunanlardan 28 min 108 nəfəri, o cümlədən 1145 subbakalavr dövlət sifarişi əsasında, 317 nəfəri, o cümlədən 58 subbakalavr dövlət hesabına, 30 min 522 nəfəri, o cümlədən 3012 subbakalavr isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Ali təhsil müəssisələrinin qəbul planı 97,07 faiz dolub.
Telegram kanalımız