DİM apellyasiya təşkil edəcək

saytların hazırlanması

Evə çatdırılma

DİM apellyasiya təşkil edəcək

Sosial

24 Fevral 2022 11:13 649


Magistraturaya qəbul imtahanının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 24-dən etibarən onlayn apellyasiya prosesi təşkil ediləcək.

Yenisabah.az xəbər verir ki, Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər fevralın 24-dək DİM-in saytında elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən tarixədək qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Qeyd edək ki, bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!