DİN-dən iri əməliyyat -   Xaricdən idarə olunan narkotik şəbəkəsi ifşa edildi

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən iri əməliyyat - Xaricdən idarə olunan narkotik şəbəkəsi ifşa edildi

Kriminal

26 May 2026 11:09 74


DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.

DİN-in mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Bakı və Sumqayıt şəhərləri, eləcə də Masallı rayonunda baş tutan tədbirlərlə əvvəllər məhkum olunan Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov saxlanılıblar. Onlardan 40 kiloqram tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!