DİN-dən sürücü və piyadalara   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən sürücü və piyadalara XƏBƏRDARLIQ

Sosial

27 Noyabr 2022 15:57 1802


Daxili İşlər Nazirliyi (DİN) sabah ölkə ərazisində görmə məsafəsini məhdudlaşdıracağı gözlənilən dumanlı hava xəbərdarlığı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, müraciətdə deyilir:

"Noyabrın 28-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var. Marqarita pizza

Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tələb olunur.

Piyadalardan da məsuliyyətli olmaları, sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalıdırlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!