Diplomatiyamız, BRİCS-in Dehli zirvəsində yoxdur. Şanxay təşkilatında da Dehli bizə veto qoyub.
Pakistan isə Ermənistana.
Nəticədə Yerevan ilə Bakı qarşıdurması Avropa diplomatik meydançalarından Asiya diplomatik masalarına ustacasına transfer edilib. pizza
Həyəcanlı vəziyyətdir.
Şahmatdır.
Şahmat.
Diqqətəlayiq məsələdir.
Hindistanda şahmat ÇATURANGA adlanıb vaxtiylə.
İranda ona SƏTRƏNC deyərlər.
Orda dörd ordu arasında oyun gedir adətən.
Naranda Modi Bakını məhz bu qədim, qəliz oyunamı dəvət edib indi?
Məncə, hə.
Deyib bizim diplomatiyaya:
- Bakı oyuna Pakistanla, İrəvan da Dehli ilə giribsə, bu artıq şahmat deyil. Qədim hind oyunu ÇATURANGA- dir.
Nəticədə, Dehli...
Bakı-Dehli, Modi- Əliyev dialoqu başqa müstəviyə keçib.
İrəvan Bakı dialoqu, Avropa masalarında şahmat oyunu idisə, Hindistan meydançalarında isə ÇATARUNGA oldu.
Bu oyunda isə iştirakçılar iki yox, dörddür - İrəvan, Bakı, Dehli, Pakistan.
Məncə diplomatiyamız, İlham Əliyev bu ÇATURANG şahmat matçına dəvət alıb.
Dördtərəfli standart, oyun xüsusi məharət tələb edəcək prezidentdən.
Suallar, qəlizdi.
Oyun, dəyişdi.
Oldu ÇATARUNGA.
Darıxmayaq.
Pakistan Baş Ordu Qərargahı rəhbəri Asim Munir Şuşada prezidentimizlə məşqini edib bu çaturanqanın.
Ötən il səmadan Hindistanın üç RAFALE təyyarəsini düşürüb.
Üç fiqur, oyundan kənardır.
Oyun davam edir.
P. S. Husilərin Bab əl Məndab qələbəsindən sonra dünya diplomatiyasında iki tərəfli, iki formatlı bütün ssenarilər bitir. Tükənir.
Çoxtərəfli münasibətlər dövrü təkan başladır.
Başlayır.
Yəni ənənəvi klassik şahmat formatı keçmişdə, Bab əl Məndab dövründən əvvəldə qaldı.
Oyuna, diplomatiyaya CATURANGA formatı daxil oldu.
Yəni çox tərəfli format.
Azərbaycan diplomatiyası, prezident İlham Əliyev bu formatı hamıdan əvvəl hazırdır.
Allah rəhmət etsin şahmata.
Salam olsun CATURANQAYA.
Həmid Herisçi
Telegram kanalımız