DİQQƏT! Bu gün 22:00-dan sabah 03:00-dək... - XƏBƏRDARLIQ 

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bu gün 22:00-dan sabah 03:00-dək... - XƏBƏRDARLIQ 

Sosial

07 Sentyabr 2024 13:47 465


Bakının bir sıra küçə və prospektlərində 7 sentyabr saat 22:00-dan 8 sentyabr saat 03:00 - dək nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Yerüstü Nəqliyyat Agentliyi birgə məlumat yayıb. 

Bildirilib ki, Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. 

"Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək", - məlumatda qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!