Sosial şəbəkələrdə Avropa ölkələrinə, xüsusilə Almaniyaya işə düzəltmək və viza almaq vədi ilə vətəndaşların etibarından sui-istifadə edildiyinə dair ciddi şikayətlər yayılıb.
“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı "Facebook" sosial şəbəkəsindəki "Milli Dələduzlar" qrupunda növbəti şikayət postu dərc edilib.
Şikayətçilərin bildirdiyinə görə, Bakıxanov qəsəbəsində məskunlaşan Aytən Zabit qızı Qurbanova adlı şəxs saxta iş dəvətləri və sənədlərlə insanları aldadaraq mənimsədiyi külli miqdarda vəsaitlərlə yoxa çıxıb. pizza
Zərərçəkənlərin iddiasına əsasən, qarşı tərəf Almaniyada işə düzəltmə adı altında vətəndaşlara saxta əmək müqavilələri, peşə məktəbi diplomları, eləcə də bu sənədlərin "ZAB" və "IHK FOSA" kimi rəsmi Almaniya qurumlarında tanınmasını əks etdirən saxta rüsum çekləri təqdim edib. Psixoloji manipulyasiya üsullarından istifadə edərək vətəndaşların inamını qazanan şəxsin onlarla insanı oxşar üsulla aldatdığı bildirilir.
Şikayətçi qrupunun təqdim etdiyi son məlumatlara görə, dələduzluq əməlinin qurbanı olanların sayı kəskin artıb. İlkin mərhələdə 9-10 nəfərin müraciət etdiyi qeyd edilsə də, sonradan daha 28 nəfərin də analoji sxem üzrə mənimsəməyə məruz qaldığı üzə çıxıb. Toplanan ümumi zərərçəkən sayının onlarca olduğu vurğulanır.
Aldadılan vətəndaşlar sosial şəbəkələr vasitəsilə ictimaiyyətə müraciət edərək oxşar vədlərə inanmamağı, xüsusilə Avropaya vizasız və ya qeyri-rəsmi yollarla işə qəbul təklif edən şəxslərə karşı ehtiyatlı olmağı tövsiyə edirlər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi və araşdırmaların aparıldığı bildirilir.
Nazim Hacıyev
Telegram kanalımız