Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinin müddəti uzadılıb.
"Yeni Sabah"xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üzrə elektron qeydiyyat 18 avqust 2026-cı il saat 11:00-dan başlayıb. Namizədlər 24 avqust saat 11:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Pepperoni pizza
Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibədə iştirak etmək hüququ qazanacaqlar.
Müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdiriləcək.
Aytac Əliyeva
Telegram kanalımız