Suriyada yanacaq qiymətlərinin kəskin artmasına qarşı keçirilən kütləvi etirazlardan sonra hökumət qiymət siyasətində güzəştə gedib Energetika naziri Məhəmməd əl-Bəşir əhali və istehsalçılar üçün dizelin qiymətinin endirildiyini bəyan edib.
“Yeni Sabah” xəbər verir ki, açıqlanan yeni qərara əsasən dizel yanacağı istifadə sahəsindən asılı olaraq üç fərqli kateqoriya üzrə satışa çıxarılacaq. Ən aşağı tarif hesab olunan 115 Suriya funtu (~0,009 dollar) istilik təchizatı kənd təsərrüfatı və sosial həssas qruplar üçün nəzərdə tutulub.
İstehsalat xidmət sektoru və ağır texnikalar üçün güzəştli tarif 150 Suriya funtu (~0,012 dollar) səviyyəsində müəyyənləşdirilib. Standart keyfiyyətli dizelin satış qiyməti isə 175 Suriya funtu (~0,014 dollar) olacaq. Marqarita pizza
Nazim Hacıyev
Telegram kanalımız