Bu ilin yanvar-may ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34 min 56 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,0-a düşüb.
"Yeni Sabah" xəbər verir ki, doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1184-ü əkiz, 48-i isə üçəm olub.
2026-cı ilin yanvar-may aylarında ölkədə 25 min 511 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb. pizza hut
Telegram kanalımız