Müğənni Doğuşun başına iş gəlib.
Yenisabah.az xəbər verir ki, türkiyəli ifaçı klip çəkilişi zamanı qəza keçirib.
Doğuşun başına hadisə "Son perde" adlı mahnıya çəkdirdiyi klipi zaman gəlib. pizza
Türkiyədə Alanya sahillərində reallaşan çəkiliş zamanı skuter Doğuşun olduğu gəmi ilə toqquşub. Bundan sonra o, dənizə yıxılıb.
Müğənni qəzadan xəsarət almadan qurtula bilib.
Qeyd edək ki, Doğuş azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə ailəlidir. Cütlüyün bu nikahdan Arda və Arın adlı əkiz övladı var.
Telegram kanalımız