Domino oynayan şəxslər 3 min manat cərimləndilər

saytların hazırlanması

Evə çatdırılma

Domino oynayan şəxslər 3 min manat cərimləndilər

Kriminal

23 Sentyabr 2026 14:26 124


Goranboyda qumar oynayan şəxslər saxlanılıblar.

“Yeni Sabah” xəbər verir ki, şəhərin S.Civəzadə küçəsində yerləşən çay evində qeydə alınıb.

43 və 39 yaşlı şəxslərin həmin çay evində 60 qəpikdən domino (telefon) oynadıqları müəyyən olunub. Hadisə yerinə gələn polis əməkdaşları pul ilə domino oynayan həmin şəxsləri saxlayıb və barələrində müvafiq maddə üzrə protokol tərtib edib. pizza hut

Çay evində saxlanılan şəxslərin oturduğu masada domino oyununda qumar kimi əldə olunan ümumilikdə 5 manat 70 qəpik, həmçinin 28 ədəd domino daşı aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər etdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza tədbiri seçilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə onların hər biri 3000 manat məbləğində cərimələniblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!