Dostu Ağakərimdən danışdı: “Həkimlər deyir ki...“

Dostu Ağakərimdən danışdı: “Həkimlər deyir ki...“

Şou

24 Yanvar 2023 17:10 620


Uzun müddətdir yataq xəstəsi olan Kərim Novruzovdan (Ağakərim) xəbər var.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, meyxanaçı barədə həmkarı, yaxın dostu Ağamirzə Məmmədov danışıb.

O bildirib ki, həkimlər Ağakərimin səhhəti ilə bağlı müsbət proqnoz verməyib: 

“Səhhətində bir dəyişiklik yoxdur. Geriyə gedir ki, irəli getmir. Uzanıb qalıb. Sağala bilər söhbəti etmirlər. Həkimlər deyir ki, belə qalsa, yaxşıdır. Mən ziyarət edirəm. Çox çətinliklə danışır. Ancaq uzanır. Nə otura bilir, nə də ayağa qalxır”.

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. 2021-də isə yenidən insult keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!