Dövlət Agentliyində yoxlamalar aparılır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Agentliyində yoxlamalar aparılır

Sosial

12 Noyabr 2021 18:09 1086


Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ağdaş Rayon Mərkəzi Xəstəxanasında audit aparır.

Yenisabah.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V.Gülməmmədov bildirib ki, yoxlamaların bu ay bitməsi nəzərdə tutulub: pizza hut

“İcbari tibbi sığorta ilk olaraq pilot layihəsi kimi Mingəçevir, Yevlax və Ağdaşda həyata keçirilib.

Biz Ağdaş Rayon Mərkəzi Xəstəxanasını, yəni icbari tibbi sığortanın tətbiqi ilə bağlı ilkin rüşeym yaradılan xəstəxanalardan birini seçmişik. Görək icbari tibbi sığortanın tətbiqi ilkin olaraq necə olub, bu sistem burada necə yaranıb, informasiyalar necə ötürülüb. Çünki icbari tibbi sığortanın tətbiqi və əhatə dairəsi növbəti illərdə genişlənməkdədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!