“Nazir və komandası Monakonu gəzmək istəyirsə, bu, başqa məsələ...“ — SƏRT TƏNQİD

saytların hazırlanması

Evə çatdırılma

“Nazir və komandası Monakonu gəzmək istəyirsə, bu, başqa məsələ...“ — SƏRT TƏNQİD

İqtisadiyyat

16 Noyabr 2026 15:07 50


Azərbaycanda şərabçılığın inkişafı ilə bağlı iki dövlət proqramı qəbul edilsə də, hər proqramdan sonra şərab istehsalı və ixracı artmaq əvəzinə azalıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli Kənd Təsərrüfatı naziri və komandasının Azərbaycan şərabçılığını tanıtmaq məqsədilə Monakoya etdiyi səfəri şərh edərkən bildirib. Onun sözlərinə görə, yerli istehsalçılar əvvəlcə Bolqarıstan kimi bazarlara çıxmadan Monako bazarını hədəfləyə bilməzlər:

 “Nazir və komandasının Monakonu gəzmək istəyi başqa məsələdir, lakin bu səfərin yerli şərabçılığın inkişafına ciddi təsir edəcəyi inandırıcı görünmür. 2021-ci ildə Azərbaycan cəmi 4 milyon dollarlıq şərab ixrac edib ki, bu da 2019-cu illə müqayisədə 47 faiz azdır. 2022-ci ildə ixrac həcmi 300 min dekalitr təşkil etməklə yüksək göstəricilərdən biri sayılsa da, 2025-ci ildə bu rəqəm iki dəfə azalaraq 155 min dekalitrə enib. Onlayn mağaza

Hazırda ölkənin şərab ixracının 85-90 faizinin Rusiya bazarının payına düşdüyünü vurğulayan ekspert Avropa ölkələrinə ixrac rəqəmlərinin acınacaqlı olduğunu qeyd edib. Belə ki, 2024-cü ildə Azərbaycan Böyük Britaniyaya 54 min dollarlıq, Polşaya 48 min dollarlıq, Almaniyaya 30 min dollarlıq, üç Baltikyanı ölkəyə isə ümumilikdə cəmi 35 min dollarlıq şərab ixrac edib”.

Siyahıda Fransa, Monako və İtaliya kimi ölkələrin yer almadığını deyən iqtisadçı bunun səbəbini marketinq və qiymət siyasəti ilə əlaqələndirib.  O qeyd edib ki, şərab ixracı ilk növbədə brendin hekayəsini qurub satmaqdan başlayır:

“Azərbaycanda keyfiyyətli şərablar istehsal olunsa da, onların qiyməti dünya bazarı ilə müqayisədə çox bahadır. Avropada Fransa, İtaliya, Çili, ABŞ və Cənubi Afrika istehsalı olan keyfiyyətli şərabların 3-5 avroya (6-10 manat) satıldığı rəqabətli bir mühitdə hekayəsi və tanıtımı olmayan Azərbaycan şərabını 10 avroya satmaq mümkün deyil. Bu cür xarici səfərlər iqtisadi baxımdan effektiv ola bilməz, yalnız gəzmək üçün əlverişlidir və bəlkə də məmurlar “çox gəzən çox bilər” prinsipi ilə bu səfərlərdən nəsə öyrənə bilərlər”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!