Dövlət büdcəsinin gəlir və xərcləri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Dövlət büdcəsinin gəlir və xərcləri bəlli oldu

İqtisadiyyat

01 Oktyabr 2026 23:33 81


Maliyyə Nazirliyində Nazirlik yanında İctimai Şuranın üzvləri ilə keçirilən görüşdə 2027-ci il üzrə dövlət və icmal büdcələrinin layihələri, eləcə də növbəti üç ili əhatə edən ortamüddətli göstəricilər diqqətə çatdırılıb.

“Yeni Sabah” xəbər verir ki, Maliyyə nazirinin müavini Himalay Məmişov bildirib ki, layihələr artıq Nazirlər Kabineti tərəfindən bəyənilib və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edilib.

İlkin göstəricilərə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat səviyyəsində proqnozlaşdırılır. Növbəti ilin büdcə prioritetlərinə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və məskunlaşdırma işləri, sosial müdafiə, rəqəmsal inkişaf və “yaşıl artım” tədbirlərinin maliyyələşdirilməsi daxildir. pizza hut

Şəffaflığın artırılması məqsədilə nazirlik tərəfindən büdcə icrasına dair vətəndaş bələdçilərinin dərci və “Elektron Büdcə Bələdçisi” portalı istifadəyə verilib. İctimai Şuranın sədri İnqilab Əhmədov və şura üzvləri ilkin büdcə göstəricilərini və şəffaflıq istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!