Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Embafinans” QSC-nin direktoruna müşavir təyin edilib.
“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Elçin Nəsibova həvalə olunub.
E.Nəsibov bundan öncə “Azərbaycan Sənaye Bankı” ASC-də insan resursları üzrə menecer olub. pizza mizza
Qeyd edək ki, “Embafinans”ın direktoru Nahid Hüseynovdur. Bundan bir müddət əvvəl Namiq Abbasov və Sevinc Yusubova-Muradova da BOKT-un direktorunun müşaviri təyin edilib.
Xatırladaq ki, “Embafinans” QSC 25 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. BOKT-un nizamnamə kapitalı 10 milyon manatdır. Şirkətin əsas səhmdarı Elşad Abbasovdur. O, BOKT-un səhmlərinin 86%-nə sahibdir. Səhmlərin qalan 14%-i Tamara Polyakovaya məxsusdur. E.Abbasov eyni zamanda “Embawood” mebel şirkətinin təsisçisidir.
Telegram kanalımız