Hikmət Hacıyev: Sülh sazişi təkcə kağız üzərində olmamalıdır

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev: Sülh sazişi təkcə kağız üzərində olmamalıdır

Siyasət

26 Oktyabr 2026 15:18 100


Sülh sazişi imzalana bilər, amma bu təkcə kağız üzərində olmamalıdır.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.

Onun sözlərinə görə, saziş insanların həyatına mütləq töhfə verməlidir. Dördpendirli pizza

"Prezident İlham Əliyev bu təşəbbüslə çıxış edir. Düşünün, Azərbaycanın 30 il ərzində mədəni-tarixi abidələri dağıntılar altında qalıb, insanları köçkün düşüb. Bütün bunların fonunda Prezident İlham Əliyev münaqişədən sonra da sülh təşəbbüsü ilə çıxış edib".

H.Hacıyev Vaşinqton görüşündən sonrakı prosesə də toxunub:

"Azərbaycan sazişdə olan və icra edilməsi vacibiyyət daşıyan bir sıra məsələləri artıq həyata keçirməkdədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!