Dövlət onları da sevindirdi – Böyük   güzəşt olacaq

saytların hazırlanması

Evə çatdırılma

Dövlət onları da sevindirdi – Böyük güzəşt olacaq

İqtisadiyyat

21 Sentyabr 2026 16:57 92


Kənd təsərrüfatı texnikası, suvarma sistemləri və yaşıl enerji avadanlıqlarının alınmasına tətbiq edilən güzəştlərin əhatə dairəsi genişləndirilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, taxıl, pambıqyığan, yemyığan və yempaylayan kombaynlar, lazer hamarlayıcılar, soyuducu anbarlar, taxıl siloları, suvarma hovuzları üçün membranlar və aqrar istehsalda istifadə edilən günəş panelləri üzrə güzəşt tətbiq edilən hissə 50 faizədək artırılır. Dominos pizza

Yerli istehsal damcı suvarma sistemlərində güzəşt tətbiq edilən hissə 60 faiz, xarici istehsal sistemlərdə isə 50 faiz olacaq.

Bundan əlavə, kiçik şərabçılıq müəssisələrinin yaradılması üçün avadanlıqlar üzrə güzəşt 60 faiz, istixanalarda istifadə olunan yerli istehsal metal konstruksiya və şüşələr üzrə güzəşt isə 20 faiz həddində müəyyən edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!