Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
"Yeni Sabah" xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı yarışdakı sonuncu qarşılaşmasında qazaxıstanlı Abilayxan Zubanazarla üz-üzə gəlib.
Rəqibini məğlub edən Ö. Rəcəbli turnirin bürünc mükafatına sahib çıxıb. Pepperoni pizza
Eyni çəkidəki Zelim Tçkayev finalda Tato Qriqalaşvili ilə münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
Telegram kanalımız