Dünyada ən çox intihar hadisəsi baş verən ölkələr -   STATİSTİKA

saytların hazırlanması

Evə çatdırılma

Dünyada ən çox intihar hadisəsi baş verən ölkələr - STATİSTİKA

Sosial

22 Fevral 2021 13:45 3288


"İntiharın profilaktikası, qarşısının alınması istiqamətində bir neçə məqam xüsusi qeyd edilməlidir. Bunlar möhkəm, tam formalaşdırılmış mənəvi dəyərlər, İnsanın hiss etdiyi yaradıcı potensial və öz istedadını tamamilə açmaq istəyi, Dəqiq məqsədlər və arzularını reallaşdırmaq istəyi, İntiharın mənasızlığı və təbiətəzidd olduğunu anlamaq, Kiçik övladları qarısında öhdəlik, Yaxın qohumlarına dərd yaşatmamaq istəyi, İntiharın şəxsiyyətin zəifliyinin göstəricisi olduğuna inam, Dini qadağalardır".

Yenisabah.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat yayıb.

Qeyd olunub ki, bütün bu sadalanan məqamlar erkən yaşlardan uşaq tərbiyəsində və şəxsiyyətin formalaşması prosesində ailə və cəmiyyət qarşısında vacib məsələlər kimi diqqətdə saxlanmalı, insan və vətəndaş yetişdirilməsində nəzərə alınmalıdır. Sezar pizza

Sonda qeyd edilən dini qadağalar da az əhəmiyyət kəsb etmir. Çox zaman məhz dini tabular intihardan uzaqlaşdıran faktor rolunu oynayır. Səmavi dinlər olan islam, xristianlıq və iudaizmdə şüurlu şəkildə həyatına son qoymaq böyük və bağışlanmaz günah hesab edilir. Buna görə də, inanclı insanların intihar etmə faizi çox aşağıdır. Bu faktı kimi, ÜST-nın məlumatları da təsdiqləyir.

ÜST-nın məlumatlarına əsasən dünyada ən çox intihar hadisəsi Avropa ölkələrində baş verir. Ön sıralarda Litva (hər 100 min nəfərə 31,9 intihar), Rusiya (hər 100 min nəfərə 31 intihar) və Belçika (hər 100 min nəfərə 20,7 intihar) kimi ölkələr yer alır. Azərbaycana gəlincə, əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı orta hesabla 5 fakt təşkil edir. Müqayisə üçün qonşu Gürcüstanda bu say 8,2 -dir.

Dünya ölkələri ilə müqayisədə Azərbaycanda intihar sayının az olmasına baxmayaraq, belə halların mövcudluğu və son illərdə artım tendensiyası onunla fəal və kollektiv mübarizə apatılmasını diktə edir. Bunun üçün profilaktik tədbirlər kompleks və əlaqəli şəkildə aparılmalıdır.

İntihar hallarının azalması üçün ilk növbədə maarifləndirmə tədbirləri ilə yanaşı, inam telefonlarının, psixoloji məsləhət xidmətinin inkişaf etdirilməsi, həssas təbəqədən olan insanlarla işləyən mütəxəssislərin bu sahədə məlumatlandırılması, intihar düşüncələrinə malik insanların dərhal psixoloji və psixiatrik xidmətə yönləndirilməsi üçün Dövlət Komitəsinin və UNFPA (BMT-nin Əhali Fondunun) birgə əməkdaşlığı ilə fəaliyyət göstərən (860) qaynar xəttinin xidmətlərindən istifadə etmək lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!