Dünyanın ən bahalı avtomobili təqdim  edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən bahalı avtomobili təqdim edildi - Fotolar

Avto

03 Mart 2024 17:39 22278


Rolls-Royce Motor Cars növbəti dəfə ən bahalı və dəbdəbəli kabrioletini təqdim etdi.

Yenisabah.az xəbər verir ki, avtomobil dünyasının yeni sənət əsəri sayılan Rolls-Royce Droptail Arcadia müştərinin sifarişinə görə hazırlanmışdır.

Müştərinin şəxsi zövqünün cəsarətli ifadəsi kimi, mükəmməl forma və işlənən təbii materialların saflığını qeyd edən Droptail Arcadia Rolls-Royce mütəxəssisləri tərəfindən 5 ay ərzində hazırlanıb. Təkçə təbii ağacdan olan salonun dekor elementlərinin əl ilə işlənməsinə 8000 saat sərf olunub. pizza

Arcadia öz adını qədim yunan mifologiyasında "Yer üzərində Cənnət" kimi təsvir edilən mifik Arcadia krallığından, qeyri-adi təbii gözəlliyi və mükəmməl harmoniyası ilə tanınan diyardan götürür.

Droptail isə Britaniya brendinin ekskluziv və təkrar olunmaz yeni model xətti olaraq, “Coachbuild” bölməsinin mütəxəssisləri tərəfindən işlənilir. Rolls-Royce Droptail Arcadia sayca üçüncü unikal modeldir.

Xatırladaq ki, 2023-cü ildə təqdim olunan La Rose Noire Droptail birinci model idi, ikinci isə Droptail Amethyst modelidir. Hər iki model müştərilərin xüsusi istəkləri əsasında əl ilə yığılaraq, sahiblərinə təhvil verilmişdir.

29 fevral 2024-cü ildə Sinqapurda keçirilən bağlı tədbir zamanı 30 000 dollara olan Droptail Arcadia sahibinə təhvil verildi. Həmin avtomobil bu günə dünyanın ən bahalı avtomobili sayılır.

Nihad Haqverdiyev  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!