Hava limanına raket hücumu: 12 nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Hava limanına raket hücumu: 12 nəfər həlak oldu

Dünya

11 Oktyabr 2026 07:51 91


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Səudiyyə Ərəbistanının 4 vətəndaşı, eləcə də 2 banqladeşli, bir amerikalı, bir misirli, bir iordaniyalı, bir suriyalı, bir fələstinli və bir sudanlı həyatını itirib. Həmçinin 309 nəfər yaralanıb, onların arasında ağır vəziyyətdə olanlar da var. Yaralılara xəstəxanalarda lazımi tibbi yardım göstərilir. pizza sifarişi

GACA əlavə edib ki, hücum nəticəsində aeroporta maddi ziyan dəyib və hazırda bunun dərəcəsi qiymətləndirilir. "The Wall Street” jurnalının mənbələrə istinadən verdiyi məlumata görə, Ər-Riyad Hava Limanının 3 və 4-cü terminalları birbaşa raket zərbələrindən sonra xeyli ziyan görüb. Beynəlxalq aeroportun oktyabrın 11-i günün sonuna qədər bağlı olacağı bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!