Abşeron rayonunun Masazır qəsəbəsində, Yeni Bakı yaşayış massivində dörd avtomobil yanıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, yanğın əvvəlcə "Mercedes" markalı avtomobildə başlayıb, daha sonra alov yaxınlıqda dayanan digər nəqliyyat vasitələrinə keçib.
Sakinlərdən biri hadisənin səhər saatlarında güclü partlayış səsinə bənzər səslə başladığını bildirib: "Bir səs gəldi, elə bildim raket atdılar. Bir də baxdım ki, maşınlar yanır". Dördpendirli pizza
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər avtomobillərə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbi araşdırılır.
Telegram kanalımız