Pensiya kapitalına baxıb   ŞOKA DÜŞƏNLƏRİN NƏZƏRİNƏ - YENİ MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Pensiya kapitalına baxıb ŞOKA DÜŞƏNLƏRİN NƏZƏRİNƏ - YENİ MƏLUMAT

Sosial

10 Oktyabr 2026 15:34 357


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "myGov" portalında pensiya kapitalı məlumatlarında müşahidə olunan dəyişikliklərlə bağlı məsələyə münasibət bildirilib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, "myGov" platformasında vətəndaşlara təqdim olunan məlumatlar aidiyyəti dövlət informasiya sistemlərindən əldə edilərək əks olunur.

Açıqlamada vurğulanıb ki, "Pensiya kalkulyatoru" bölməsindəki məlumatlar real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən alınan məlumatlar əsasında formalaşdırılır. pizza mizza

Agentlikdən bildirilib ki, hazırda pensiya kapitalı məlumatlarında müşahidə olunan dəyişikliklər işəgötürənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara dair dəqiqləşdirilmiş məlumatların təqdim edilməsi və həmin hesabatların emalı prosesi ilə əlaqədardır.

Qeyd olunub ki, hesabatların emalı mütəmadi olaraq həyata keçirilir və bu müddətdə vətəndaşların şəxsi kabinetlərində əks olunan məlumatlarda dəyişikliklər baş verə bilər:

"Hesabatların emalı başa çatdıqdan sonra şəxsi kabinetlərdə dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş məlumatlar əks olunacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!