“Porsche”nin satışları 16 faiz düşdü

saytların hazırlanması

Evə çatdırılma

“Porsche”nin satışları 16 faiz düşdü

Avto

10 Oktyabr 2026 17:57 104


Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” qrupunun lüks brendi olan “Porsche”nin qlobal avtomobil tədarükü ilin yanvar-sentyabr dövründə Çin və ABŞ-də tələbatın azalması fonunda 16 faiz düşüb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, “Porsche” 2026-cı ilin yanvar-sentyabr dövrü üzrə avtomobil tədarükü nəticələrini açıqlayıb. Buna əsasən, tədarüklər ötən ilin eyni dövrü ilə müqayisədə 16% azalaraq 178 532 ədədə enib. Şirkətin ötən ilin müvafiq dövründə tədarük sayı 212 509 olmuşdu.

Şirkət ən kəskin satış azalmasını əsas bazarlarından biri olan Çində yaşayıb. Alman istehsalçısı bu dövrdə Çində 33% geriləmə ilə 21 493 avtomobil tədarük edib. Şirkətin açıqlamasında qeyd olunub ki, Çində bazar mühiti çətin olaraq qalır və bu səbəbdən brend qısamüddətli həcm hədəfləri əvəzinə uzunmüddətli inkişafa üstünlük verərək dəyər yönümlü satış idarəçiliyinə diqqət yetirir. 2020-ci ildə qlobal satışlarının 35%-ni Çində reallaşdıran lüks istehsalçı üçün bu nisbət 12%-ə qədər düşüb. Orta müddətdə isə Çinin satışlardakı payının 10%-dən aşağı enəcəyi gözlənilir. Sezar pizza

ABŞ-nin gömrük rüsumlarını artırmasından mənfi təsirlənən “Porsche”nin Şimali Amerikadakı tədarükləri də 9 ayda 13% azalaraq 56 088-ə düşüb. Şirkətin Almaniyadakı satışları 7% düşüşlə 20 954, Almaniya xaricindəki Avropa bazarındakı tədarükləri isə 11% geriləmə ilə 44 949 olaraq qeydə alınıb.

Modellər üzrə təhlil aparıldıqda məlum olur ki, brendin ikonik idman modeli olan 911, ikiqapılı versiyaları ilə tədarüklərini 11% artıraraq ən çox satılan model olmağa davam edib. Xüsusilə yüksək qiymətli və xüsusi seriyalar olan “GTS”, “Turbo” və “GT” modellərinə olan tələbatın güclü qaldığı diqqət çəkib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!